23:27 09-08-2021
news_image
147
FUTBOL

Halandla maraqlandığını təsdiqlədi – “Bavariya”

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland “Bavariya”nın transfer gündəmindədir.

Apasport.az saytının məlumatına görə, bunu Münhen klubunun idman direktoru Hasan Salihamidziç də təsdiqləyib.

O, Norveç millisinin gənc oyunçusu ilə maraqlandıqlarını etiraf edib: “Halan top oyunçudur. Eşitdiyimə görə, həm də yaxşı oğlandır. Amma hazırda “Borussiya”da çıxış edir. 60 oyunda 60 qol vuran bir futbolçu ilə maraqlanmamaq üçün sadə adam olmalısan”.

Qeyd edək ki, Erlinq Haland “Borussiya”nın heyətində ötən mövsüm 41 oyunda 41 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.