17:53 09-08-2021
news_image
1843
FUTBOL

Avrokubok öncəsi “Arsenal”dan oyunçu alır – “Neftçi”nin potensial rəqibi

“Arsenal”ın müdafiəçisi Sead Kolaşinaç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” 28 yaşlı arxa xətt oyunçusu ilə hərtərəfli anlaşma əldə edib.

Super Liqa təmsilçisi ilə bir müddətdir danışıq aparan Bosniya və Herseqovina millisinin üzvü şəxsi müqavilənin detallarını razılaşdırıb. İndi London təmsilçisi ilə müqavilənin ləğvi ilə bağlı danışıq gedir. “Fənərbaxça” avrokuboklarda mübarizəyə başlayana qədər bu keçidi reallaşdırmağa çalışır.

Qeyd edək ki, Avropa Liqasının pley-offundan mübarizəyə qoşulacaq “Fənər” Azərbaycan çempionu “Neftçi”yə rəqib ola bilər. Paytaxt təmsilçisi III təsnifat mərhələsində Finlandiya klubu HİK-i üstələsə, növbəti raundda Türkiyə təmsilçisi ilə qarşılaşacaq.