09:00 10-08-2021
news_image
259
FUTBOL

“Qarabağ”la qarşılaşmaq AEL üçün şanssızlıqdır” – millinin sabiq qapıçısı

“Püşk AEL-lə pis oyun oynadı”.

Apasport.az saytının məlumatına görə, bunu Kipr millisinin sabiq qapıçısı Antonis Georgallides AEL-in Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşmasına münasibət bildirərkən deyib.

39 yaşlı keçmiş qolkiper Kiprdəki 1:1 hesablı bərabərliyə baxmayaraq, Limassol təmsilçisinə güvəndiyini bildirib. Lakin o, “Qarabağ”ın favorit olduğunu da etiraf edib: “Qarabağ”la qarşılaşmaq AEL üçün şanssızlıqdır. İndi bizim üçün yaxşı olmayan atmosferə sahib bir yerə gedəcəklər. Buna baxmayaraq, futbolçuların psixologiya və növbəti mərhələyə vəsiqə qazanmaq istədiyi sayəsində müsbət nəticə əldə edəcəyinə inanıram”.

Qeyd edək ki, "Qarabağ"la AEL arasında cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.