09:19 10-08-2021
news_image
137
FUTBOL

“10 nömrə”ni əbədiləşdirməyəcək – “Barselona”

İspaniyanın “Barselona” klubu komandadan ayrılan Lionel Messinin daşıdığı 10 nömrəli formanın sahibini müəyyənləşdirməlidir.

Apasport.az saytının məlumatına görə, 13 il bu formanı daşıyan argentinalı ulduza hörmət əlaməti kimi nömrənin əbədiləşdirilməsi gözlənilsə də, bu, mümkün olmayacaq.

Çünki La Liqanın qaydalarına əsasən hər bir klub heyətinə 1-dən 25-dək bütün nömrələri daşıyan futbolçular daxil etməyə borcludur. Buna görə də “Barselona”nın iştirak ərizəsində 10 nömrəli oyunçu mütləq olmalıdır.

Qeyd edək ki, Messi “Barselona”da keçirdiyi 778 oyunda 672 qol vurub və 305 assistə imza atıb.