09:47 10-08-2021
news_image
125
FUTBOL

AVRO-2020 və Tokio-2020-dən sonra dəyişiklik – mövsümün “10-luğ”u

“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubu ilə yanaşı, İspaniya millisinin heyətində AVRO-2020 və Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməklə mövsümboyu ən çox meydana çıxan futbolçu ünvanına yiyələnib.

Apasport.az saytının məlumatına görə, Olimpiadanın finalında Braziliyaya qarşı matçda da mübarizə aparan pleymeyker cəmi 18 yaşında rekordu ələ keçirib.

Ümumiyyətlə, 2020/21 mövsümü bir çox futbolçu üçün sıx qrafikdə keçib. Çünki bəziləri çempionat və avrokuboklar başa çatan kimi, əvvəlcə Avropa çempionatına, ardından isə Olimpiadaya yollandı. Görək, bu bir il ərzində Avropada ən çox oyuna çıxan 10 futbolçu kimlərdir...

1. Pedri
Komandaları: “Barselona”/İspaniya millisi
Keçirdiyi oyun sayı: 73
Meydanda olduğu dəqiqə sayı: 4996

2. Bruno Fernandeş
Komandaları: “Mançester Yunayted”/Portuqaliya millisi
Keçirdiyi oyun sayı: 72
Meydanda olduğu dəqiqə sayı: 5509

3. Meyson Mount
Komandaları: “Çelsi”/İngiltərə millisi
Keçirdiyi oyun sayı: 69
Meydanda olduğu dəqiqə sayı: 5301

4. Ruben Diaş
Komandaları: “Mançester Siti”/Portuqaliya millisi
Keçirdiyi oyun sayı: 68
Meydanda olduğu dəqiqə sayı: 5878

5. Corcinyo Veynaldum
Komandaları: “Liverpul”/Niderland millisi
Keçirdiyi oyun sayı: 68
Meydanda olduğu dəqiqə sayı: 5260

6. Antuan Qrizmann
Komandaları: “Barselona”/Fransa millisi
Keçirdiyi oyun sayı: 68
Meydanda olduğu dəqiqə sayı: 5201

7. Frenki de Yonq
Komandaları: “Barselona”/Niderland millisi
Keçirdiyi oyun sayı: 67
Meydanda olduğu dəqiqə sayı: 5793

8. Pyerr-Emil Hoybyerq
Komandaları: “Tottenhem”/Danimarka millisi
Keçirdiyi oyun sayı: 67
Meydanda olduğu dəqiqə sayı: 5486

9. Rodri
Komandaları: “Mançester Siti”/İspaniya millisi
Keçirdiyi oyun sayı: 67
Meydanda olduğu dəqiqə sayı: 4619

10. Dani Olmo
Komandaları: “Leypsiq”/İspaniya millisi
Keçirdiyi oyun sayı: 66
Meydanda olduğu dəqiqə sayı: 4571