10:24 10-08-2021
news_image
782
TOKİO-2020

Olimpiadalar tarixinin medal sıralaması açıqlandı – Azərbaycanın mövqeyi bəlli oldu

Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bütün zamanların ümumi medal sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 1896-cı ildən keçirilən Yay Olimpiya Oyunlarında medal qazanan komandalar yer alıb.

Cədvəldə yığmalar turnirdə iştirak etdiyi vaxtda adlandığı kimi göstərilib. Yəni heç bir komanda fərqli adlanan yığmanın varisi hesab olunmayıb. Müxtəlif səbəblərdən hər hansı bir ölkə kimi deyil, komanda kimi Olimpiadaya qatılan yığmalar da fərqli göstərilib.

Yay Olimpiya Oyunlarında indiyədək 15 min 683 medal sahibini tapıb. Bunun 5116-sı qızıl, 5080-i gümüş, 5487-si bürüncdür.

Debütü 1996-cı ildə gerçəkləşən və 7 Olimpiadaya qatılan Azərbaycan sıralamada 63-cüdür. İdmançılarımız 7 qızıl, 14 gümüş və 28 bürünc – ümumilikdə 49 medal qazanıb.

İndiyədək 154 komanda aktivinə medal yazıb. ABŞ 1-ci, SSRİ 2-ci, Böyük Britaniya 3-cüdür.

Qeyd edək ki, 65 komanda millimiz kimi ən azı 7 qızıl medal qazanıb.

Ən azı 7 qızıl qazananlar

 

Komanda

qızıl

gümüş

bürünc

cəmi

1

ABŞ

1061

836

739

2636

2

SSRİ*

395

319

296

1010

3

Böyük Britaniya

285

316

315

916

4

Çin

262

199

173

634

5

Fransa

226

258

280

764

6

İtaliya

217

188

213

618

7

Almaniya

201

205

246

652

8

Macarıstan

181

154

176

511

9

Yaponiya

169

150

178

497

10

Avstraliya

164

173

210

547

11

ADR*

153

129

127

409

12

Rusiya

149

125

152

426

13

İsveç

148

176

179

503

14

Finlandiya

101

85

119

305

15

Cənubi Koreya

96

91

100

287

16

Niderland

95

104

122

321

17

Rumıniya

90

97

121

308

18

Kuba

85

71

85

241

19

Polşa

72

89

137

298

20

Kanada

71

108

147

326

21

Norveç

60

51

49

160

22

AFR*

56

67

81

204

23

Bolqarıstan

54

88

82

224

24

İsveçrə

53

79

73

205

25

Yeni Zelandiya

53

33

51

137

26

Çexoslovakiya*

49

49

45

143

27

Danimarka

48

78

79

205

28

İspaniya

48

72

47

167

29

MDB*

45

38

29

112

30

Belçika

43

54

58

155

31

Türkiyə

41

26

37

104

32

Braziliya

37

42

71

150

33

Yunanıstan

35

45

41

121

34

Keniya

35

42

36

113

35

Ukrayna

35

36

68

139

36

Almaniya Birləşmiş Komandası*

28

54

36

118

37

Yuqoslaviya*

28

31

31

90

38

CAR

27

33

29

89

39

Yamayka

26

36

25

87

40

İran

24

23

29

76

41

Həbəşistan

23

12

23

58

42

Argentina

21

26

30

77

43

Rusiya Olimpiya Komitəsi*

20

28

23

71

44

Avstriya

19

34

41

94

45

Çexiya

19

21

27

67

46

KXDR

16

16

22

54

47

Qazaxıstan

15

21

36

72

48

Xorvatiya

14

13

14

41

49

Belarus

13

30

42

85

50

Meksika

13

24

36

73

51

İrlandiya

11

10

14

35

52

Qarışıq yığma*

11

6

8

25

53

Slovakiya

10

14

8

32

54

Gürcüstan

10

12

18

40

55

Hindistan

10

9

16

35

56

Estoniya

10

9

17

36

57

Tailand

10

8

17

35

58

Özbəkistan

10

6

20

36

59

İndoneziya

8

14

15

37

60

Misir

8

11

19

38

61

Sloveniya

8

9

11

28

62

Baham adaları

8

2

6

16

63

Azərbaycan

7

14

28

49

64

Çin Taypeyi

7

11

18

36

65

Mərakeş

7

5

12

24

* - hazırda mövcud olan ölkə deyil, komanda kimi yarışa qatılanlar.