12:31 15-08-2021
news_image
180
FUTBOL

Premyer Liqa klubları arasında reallaşan ən bahalı transferlər – “10-luq”

İngiltərə Premyer Liqası komandaları arasında baş tutan ən bahalı 10 transfer açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yenilənən siyahıya Cek Qriliş başçılıq edir.

İngiltərə millisinin üzvü bu günlərdə “Aston Villa”dan “Mançester Siti”yə keçməklə rekordu ələ keçirib.

Ümumiyyətlə, “şəhərlilər”in ölkə daxilindən aldığı oyunçulardan 4-ü bu cədvələ düşə bilib.

1. Cek Qriliş
Keçmiş klubu: “Aston Villa”
Yeni klubu: “Mançester Siti”
Transfer qiyməti: 105,75 milyon funt-sterlinq

2. Harri Maquayr
Keçmiş klubu: “Lester”
Yeni klubu: “Mançester Yunayted”
Transfer qiyməti: 78,3 milyon

3. Romelu Lukaku
Keçmiş klubu: “Everton”
Yeni klubu: “Mançester Yunayted”
Transfer qiyməti: 76,23 milyon

4. Vircil van Deyk
Keçmiş klubu: “Sauthempton”
Yeni klubu: “Liverpul”
Transfer qiyməti: 76,19 milyon

5. Riyad Mahrez
Keçmiş klubu: “Lester”
Yeni klubu: “Mançester Siti”
Transfer qiyməti: 61,02 milyon

6. Rahim Sterlinq
Keçmiş klubu: “Liverpul”
Yeni klubu: “Mançester Siti”
Transfer qiyməti: 57,33 milyon

7-8. Ben Vayt
Keçmiş klubu: “Brayton”
Yeni klubu: “Arsenal”
Transfer qiyməti: 52,65 milyon

Fernando Torres
Keçmiş klubu: “Liverpul”
Yeni klubu: “Çelsi”
Transfer qiyməti: 52,65 milyon

9. Con Stonz
Keçmiş klubu: “Everton”
Yeni klubu: “Mançester Siti”
Transfer qiyməti: 50,04 milyon

10. Aaron Van-Bissaka
Keçmiş klubu: “Kristal Pelas”
Yeni klubu: “Mançester Yunayted”
Transfer qiyməti: 49,50 milyon