21:50 10-08-2021
news_image
332
TOKİO-2020

Başqalarına medalçı göndərən ölkə - Ukrayna

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının üç medal qazanan qadın idmançılarımızın bütün mükafatlarını Ukraynadan olan legionerlər qazanıb. 

Apasport.az saytının məlumatına görə, yığmamız bu ölkədən idmançı gətirən yeganə komanda deyil.

Ukrayna bir çox yığmalara idmançı ixracı ilə diqqət çəkir. Tokio-2020-də bu ölkənin öz komandası 19 medal qazanıb. Bunun 1-i qızıl, 6-sı gümüş, 12-si bürüncdür. Ukraynalılar Azərbaycandan başqa Rusiya, Gürcüstan, İsrail, Moldova üçün uğurlar əldə edib.

Digər komandalarda çıxış edən ukraynalılar isə daha uğurlu çıxış edib. Onlar 2 qızıl, 2 gümüş və 6 bürüncə sevinib. Azərbaycan millisinin şərəfini qoruyan karateçi İrina Zaretska gümüş, güləşçi Mariya Stadnik və cüdoçu İrina Kindzerska bürünc əldə edib.

İdman gimnastı Artyom Dolqopyat İsrailə, sinxron üzgüçü Marina Qolyadkina Rusiyaya qızıl medal qazandırıb. Sonuncu kimi komanda hərəkətlərində uğur qazanan bədii gimnast Anastasiya Blinzyuk da Rusiyada gümüşə sevinib.

Kayakçı Sergey Tarnovski Moldova, ağırlıqqaldıran Anton Plesnoy Gürcüstan, boksçu Qleb Bakşi və suyatullanan Aleksandr Bondar Rusiya üçün bürünc medal qazanıb. Sonuncu tək deyil, sinxron tullanmada fərqlənib.