11:08 10-08-2021
news_image
342
TOKİO-2020

Rafael Ağayevə qalib gəldikdən sonra ilk zəngi - Luici Busanın

“Bu, inanılmaz dərəcədə ağlasığmaz idi. Mən təkcə özümə deyil, bütün kollektivə görə sevinirəm”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya karateçisi Luici Busa (75 kq) deyib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının çempionu adını finalda Rafael Ağayevə qalib gələrək qazanan Busa qızıl medal sevincini gizlətməyib: “Əslində, hələ hər şeyi dərk edə bilmirəm. Bu, möhtəşəm səfər idi. Bütün İtaliya karatesinə görə xoşbəxtəm”.

Qrupda məğlub etdiyi Rafaelə finalda da qalib gələn Busa 1:0 hesablı qələbədən sonra “Ana, mən bunu bacardım” qışqırmasının səbəbini də açıqlayıb: “Bu qələbəni 34 il gözlədim. İndi yatmasam da olar. Yarışa yaxşı köklənsəm də, ilk döyüşlərdə o qədər yaxşı çıxış etmədim. Sonradan vəziyyəti düzəltdim. Yarımfinal möhtəşəm alındı. Final isə möcüzə idi. Əgər bu yuxudursa, imkan verin, xəyallarıma qovuşum”.