12:07 10-08-2021
news_image
119
FUTBOL

Mövsümün startını buraxacaq – İbrahimoviç

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç yeni mövsümün startını buraxacaq.

Apasport.az saytının məlumatına görə, ötən mövsümün sonlarında zədələnən isveçli hücumçu hələ bərpa prosesini davam etdirir.

Zlatan məşqlərə başlasa da, tam hazırlıq keçə bilmir. O, I turun avqustun 23-də keçiriləcək “Sampdoriya” ilə matçını buraxacaq.

İbrahimoviçin II turda iştirakı da sual altındadır. Belə ki, onun “Kalyari” ilə matça tam hazır olacağı inandırıcı deyil.

Qeyd edək ki, iyunda isveçli forvard əməliyyat olunub.