12:44 10-08-2021
news_image
151
FUTBOL

AEL Bakıya yola düşdü – koronavirus olan futbolçusu bəlli oldu

Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq AEL yola düşüb.

Apasport.az xəbər verir ki, bu barədə Limassol klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Kipr təmsilçisi cavab qarşılaşması üçün Bakıya yola düşüb. Yalnız koronavirus testinin nəticəsi pozitiv çıxan Entoni Georgiu heyətdə yer almayıb.

Qeyd edək ki, “Qarabağ” – AEL görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Larnakadakı ilk matçda 1:1 hesabı qeydə alınıb.