13:09 10-08-2021
news_image
161
FUTBOL

İştirak ərizəsini UEFA-ya göndərdi – Azərbaycan çempionu

UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib. 

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, ölkə çempionu 12 futzalçının xidmətindən istifadə edəcək.

Dəvətlilərdən ikisi - Rövşən Hüseynli və Emin Kürdov qapıçıdır. Sahə oyunçuları isə Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, İsaq Surğalı, Amir Şojaei, Hadi Ahmadi, Ramiz Çovdarov, Murilo Borges, Conatas Felipe, Emanuel Rodriguesdir.

Təmsilçimizin keçirəcəyi oyunların təqvimi belədir:

21 avqust
16:00. “Araz – Naxçıvan” – “Europa” (Cəbəllütariq)

Salaspils şəhəri. İdman Kompleksi

22 avqust
16:00. “Kampuksen Dinamo” (Finlandiya) – “Araz-Naxçıvan”

Salaspils şəhəri. İdman Kompleksi

24 avqust
21:00. “Raba” (Latviya) – “Araz-Naxçıvan”

Salaspils şəhəri. İdman Kompleksi