13:50 10-08-2021
news_image
124
FUTBOL

Yenə xəstəxanaya yerləşdirildi – “Qalatasaray”ın sabiq prezidenti

“Qalatasaray”ın sabiq prezidenti Mustafa Cengizin səhhəti yenidən pisləşib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, keçmiş klub rəhbəri xəstəxanaya yerləşdirilib.

Bu, 72 yaşlı funksionerin bu gün keçirməsi nəzərdə tutulan mətbuat konfransının ləğvinə səbəb olub. Onun durumu ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Xərçəng xəstəliyindən əziyyət çəkən Mustafa Cengiz bu ilin mayında başından və mədəsindən əməliyyat olunub.

Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin yanvarından bu ilin iyununa qədər “Qalatasaray”a rəhbərlik edib.