14:11 10-08-2021
news_image
131
FUTBOL

Bundesliqa klubuna keçdi - “Milan”dan

İtaliyanın “Milan” klubunun futbolçusu Yens Heuqe karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, norveçli yarımmüdafiəçi “Ayntraxt”a keçib.

21 yaşlı skandinaviyalının keçidi icarə əsasında gerçəkləşib. Anlaşmada müəyyən şərtlər daxilində sonradan alınma öhdəliyi də yer alıb.

Qeyd edək ki, Heuqe ötən yay Norveçin “Bode Qlimt”dən transfer olunub. O, A seriyasının 18 matçında 2 qol vurub.