00:00 11-08-2021
news_image
2112
FUTBOL

İspaniya və Almaniya klublarının maraq dairəsində - “Neftçi”nin futbolçusu

“Neftçi”nin müdafiəçisi Mert Çelik mövsümün sonunda komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, müqavilə ilə “Başakşəhər”ə məxsus olan millimizin üzvü, çox güman ki, karyerasını nə Türkiyə, nə də Azərbaycanda davam etdirəcək.

Çünki 21 yaşlı mərkəz müdafiəçisi İspaniya, Almaniya və Belçika klublarının maraq dairəsindədir. Konkret olaraq La Liqa klubu “Xetafe”, La Liqa-2-də mübarizə aparan “Las Palmas”, Bundesliqa təmsilçisi “Union” və Belçikanın yüksək liqasında yer alan “Gent” futbolçu barədə məlumat toplamaq üçün onun meneceri ilə təmasda olublar.

Həmin klubların skautları Merti 2021/22 mövsümündə “Neftçi”nin heyətində izləmək qərarına gəliblər. Əgər müdafiəçi onlarda müsbət rəy formalaşdırsa, “Başakşəhər”lə danışıqlara start veriləcək.

Qeyd edək ki, “Neftçi” ilə icarə müddəti gələn ilin yayına qədər olan Mert Çelikin “Başakşəhər”lə sözləşməsi 2025-ci ilin yayına qədərdir.