23:21 10-08-2021
news_image
211
FUTBOL

Sevgilisi sirrini açıqladı - Vudsun

Əfsanəvi qolfçusu Tayger Vuds keçmiş sevgilisi Rayçel Uçiteli məhkəməyə verib.

Apasport.az saytının məlumatına görə, bunu idmançının vəkili açıqlayıb.

Buna Rayçelin sirri saxlamaq barədə razılaşmanı pozması səbəb olub. Uçitel 2009-cu ildə Vudsla sevgi macəralarını sirr kimi saxlayacağı barədə sənədə imza atıb.

Razılaşmaya əsasən, dərhal 5 milyon dollar alan qadın susmağına görə hər il 1 milyon əldə edib. Belə sənədin varlığı və ona imza qoymasını açıqlayan Rayçel qolfçu ilə münasibətlər üçün anlaşmanın 30 səhifəlik olduğunu gizlətməyib.

Uçitel bu anlaşmanı 2019-cu ildə pozaraq sənədli filmdə Vudsun sevgilisi olduğunu açıqlayıb. Bundan sonra Uçitel müflisliyi barədə sənədlər təqdim edib.

Qeyd edək ki, Vudsun çoxsaylı xəyanətləri onun 2010-cu ildə həyat yoldaşı Elin Nordeqrenlə boşanması ilə nəticələnib. Lakin Rayçel hələlik Vudsun rəsmən ictimaiyyətə bəlli olan yeganə sevgilisi idi.