16:58 10-08-2021
news_image
191
FUTBOL

“Atletiko”nun arzusu - Lionel Messi

“Barselona”nın sabiq futbolçusu Lionel Messinin İspaniyanın digər klubuna keçmək variantı da olub.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu “Atletiko”nun maraq dairəsinə düşüb.

Hətta Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin özü həmyerlisi ilə görüşüb. Onlar Messinin “Atletiko”ya keçidini müzakirə edib. Lionelin ailəsi də İspaniya paytaxtına köçmək variantına isti yanaşıb. Amma ulduz oyunçu Fransa PSJ-sini seçib.

Qeyd edək ki, “Atletiko” bir il əvvəl də “Barselona”nın aparıcı hücumçusunu ələ keçirib. Həmin vaxt Luis Suares Madrid klubuna keçib.