17:13 10-08-2021
news_image
177
FUTBOL

Milli üzvündən qurtuldu – “İnter”

“İnter” daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Raca Nainqqolan “neradzurra” ilə vidalaşıb.

A seriyası çempionu son iki ili icarə əsasında “Kalyari”də keçirən Belçika millisinin sabiq üzvündən, nəhayət ki, qurtula bilib. 33 yaşlı yarımmüdafiəçinin gələn ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Artıq azad agent statusu daşıyan orta sahə oyunçusu özünə yeni klub axtarır.

Qeyd edək ki, “İnter” Nainqqolanı 2018-ci ildə 38 milyon avro qarşılığında “Roma”dan transfer edib.