18:24 10-08-2021
news_image
166
FUTBOL

İrqçiliyə qarşı mübarizə - Premyer Liqada

İngiltərə Premyer Liqası irqçilik və ayrı-seçkiliyə qarşı mübarizədə yeni tədbirlər həyata keçirəcək.

Apasport.az saytının məlumatına görə, bunu qurumun özü açıqlayıb.

Bildirilir ki, mübarizə xarakterli üç addım atılacaq.

Birincisi, oyunun hər hansı iştirakçısını canlı və ya onlayn şəkildə təhqir edən şəxsə təkcə həmin klubun oyunlarına deyil, ümumiyyətlə Premyer Liqa matçlarına buraxılmasına ömürlük qadağa qoyulacaq. Bu məsələdə polislə birgə hərəkət ediləcək.

İkincisi, Premyer Liqa stüard və azarkeşlərlə xüsusi təlimlər aparacaq ki, ayrı-seçkilik hallarına dərhal reaksiya verilsin.

Üçüncüsü, Premyer Liqa sosial şəbəkələrlə işi gücləndirəcək ki, ayrı-seçkilik halları aşkarlansın.