09:26 11-08-2021
news_image
328
FUTBOL

HİK-lə oyunun nəticəsindən asılı vəziyyətdə – Namik Ələskərovun transferi

“Bursaspor” “Neftçi”nin hücumçusu Namik Ələskərovun transferində israrını davam etdirir.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, TFF I liqa klubu Azərbaycan çempionuna rəsmi təklifini göndərib.

Bursalılar 26 yaşlı oyunçunun müqaviləsindəki “50 min avroya sərbəst qala bilər” maddəsindən yararlanıb, “ağ-qaralar”a məhz həmin məbləği təklif edib. “Neftçi” rəhbərliyi isə qərarını Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə keçiriləcək cavab matçından sonra verəcək.

Komandanın avrokuboklardakı yol xəritəsi Namikin də taleyinə aydınlıq gətirməkdə mühüm rol oynayacaq. “Neftçi” Finlandiya klubunu keçə bilməsə, o zaman əsas qolçusunu “Bursaspor”a satmaq barədə düşünə bilər. Çünki futbolçu özü bu transferdə maraqlıdır.

“Neftçi” ilə HİK arasında cavab görüşü avqustun 12-də Helsinkidə keçiriləcək. İlk matçda 2:2 hesabı qeydə alınıb.

Qeyd edək ki, “Bursaspor” son olaraq Azərbaycan millisinin sabiq müdafiəçisi Ufuk Budakı heyətinə qatıb.