10:00 11-08-2021
news_image
165
FUTBOL

“Avropa Liqasına Emeri mükafatı adı qoyacaqlar” – Tomas Tuxel

“Mövsümü növbəti avrofinalla başlamaqdan yaxşı nə ola bilər ki?”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Tomas Tuxel deyib.

Almaniyalı mütəxəssis bu gün keçiriləcək Superkubok öncəsi fikirlərini açıqlayıb. Çempionlar Liqasının qalibi İspaniya “Vilyarreal”ı ilə görüş öncəsi maraqlı danışıb: “Unay Emeri və “Vilyarreal”a böyük hörmətlə yanaşıram. Yaxınlarda Avropa Liqasının mükafatının adını dəyişəcəklər. Ona Emeri mükafatı adı qoyacaqlar. O, inanılmaz məşqçidir. Əminəm ki, rəqib bu görüşə heç nə itirməyəcəyi hissi ilə çıxıb. Biz isə kuboku qazanmaq üçün hər şey edəcəyik”.