14:15 15-08-2021
news_image
171
FUTBOL

Premyer Liqada tarixinin ən bahalı transferləri – SİYAHI

Transfer dönəmində “böyük beşlik” ölkələri arasında İngiltərə klublarının işi digərlərindən asan olur.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa dünyanın ən çox izlənilən çempionatı olduğundan, əksər futbolçular ora can atır.

Ancaq ildən-ilə transfer qiymətlərinin yüksəlməsi Premyer Liqa klublarının da oyunçu keçidlərinə artıq böyük məbləğlər ayırmasına səbəb olub. Son olaraq Cek Qrilişin “Aston Villa”dan “Mançester Siti”yə transferi buna bariz nümunədir.

Qriliş bununla Premyer Liqa tarixinin ən bahalı oyunçusuna çevrilib. Bəs ilk “10-luq”da başqa hansı oyunçular var?

1. Cek Qriliş – 117,5 milyon avro
2021-ci il. “Aston Villa”dan “Mançester Siti”yə

2. Harri Maquayr - 87 milyon
2019-cu il. “Lester”dən “Mançester Yunayted”ə

3. Ceydon Sanço - 85 milyon
2021-ci il. Dortmund “Borussiya”sından “Mançester Yunayted”ə

4. Rahim Sterlinq – 63,7 milyon
2015-ci il. “Liverpul”dan “Mançester Siti”yə

5. Ben Vayt – 58,5 milyon
2021-ci il. “Brayton”dan “Arsenal”a

6. Con Stonz – 55,6 milyon
2016-cı il. “Everton”dan “Mançester Siti”yə

7. Aaron Van-Bissaka - 55 milyon
2019-cu il. “Kristal Pelas”dan “Mançester Yunayted”ə

8. Kayl Uolker – 52,7 milyon
2017-ci il. “Tottenhem”dən “Mançester Siti”yə

9. Ben Kiluell – 50,20 milyon
2020-ci il. “Lester”dən “Çelsi”yə

10. Rio Ferdinand - 46 milyon
2002-ci il. “Lids”dən “Mançester Yunayted”ə