10:34 11-08-2021
news_image
177
FUTBOL

“Real”da təmizləmə - biri getdi, biri yol üstdə

İspaniyanın “Real” klubu yeni mövsüm ərəfəsində heyətində “təmizləmə” işləri aparmağa davam edir.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi məşqçilər korpusunun güvənmədiyi oyunçularla vidalaşmaqdadlr.

Madridlilər yarımmüdafiəçi Martin Edeqora yeni klub axtarmağa başlayıb. Ötən mövsümdə “Arsenal”da icarədə olan futbolçunun yenidən İngiltərə klubuna qayıdışı gözləniləndir.

Mərkəz müdafiəçisi Viktor Çust üçün isə yeni klub artıq tapılıb. 21 yaşlı ispaniyalı “Kadis”ə icarəyə verilib.