11:13 11-08-2021
news_image
165
FUTBOL

1 saat ərzində 250 min forması satıldı - Messinin

PSJ-nin yeni transferi Lionel Messinin formasına maraq gözləniləndən böyük olub.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi internet vasitəsilə argentinalı superulduzun formasını satışa çıxarıb.

Klub ilk olaraq dünən gecə üzərində Messi yazılan 250 min ədəd səfər formasını satışa çıxarıb və cəmi bir saat ərzində hamısı satılıb.

Qeyd edək ki, Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.