12:06 11-08-2021
news_image
109
FUTBOL

“Azərbaycan və ya İtaliya ilə oynamağın fərqi yoxdur” – türkiyəli mütəxəssis

Türkiyə millisinin sabiq futbolçusu Mehmet Özdilek komandanın AVRO-2020-dəki çıxışını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis uğursuz nəticəni futbolçuların yarışa hazır yollanmaması ilə əlaqələndirib.

Yığmada bir müddət köməkçi-məşqçi kimi fəaliyyət göstərən Özdiləkin fikrincə, turnirdən əvvəl Azərbaycan (2:1), Qvineya (0:0) və Moldova (2:0) kimi nisbətən zəif komandalarla yoldaşlıq görüşü keçirmək heç nəyi dəyişməyib: “Yığmamız Avropa çempionatına həm fiziki, həm də psixoloji cəhətdən hazır deyildi. Belə vəziyyətdə turnirdən əvvəl yoldaşlıq görüşündə istər Azərbaycanla, istərsə də İtaliya ilə oynamağın fərqi yoxdur. Üstəlik, yoxlama oyunu üçün rəqib tapmaq da asan deyil. Yığmamız bu müddətdə inkişafa açıq oyun sərgiləmədi”.

Qeyd edək ki, Türkiyə millisi yer aldığı A qrupunda Romada İtaliyaya 0:3, Bakıda isə Uelsə 0:2, İsveçrəyə 1:3 hesabı ilə məğlub olub.