12:40 11-08-2021
news_image
446
FUTBOL

“Mahir Emrelidə nə qətiyyət, nə də istək var idi” – “Legiya”nın sabiq futbolçusu

“Legiya” “Dinamo” ilə ikinci oyunu daha yaxşı keçirməsinə baxmayaraq, məğlub oldu. Məni ən çox məyus edən məqam da bu oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın sabiq futbolçusu Yakub Vavjinyak komandanın Çempionlar Liqasının III təsnifat mərhələsində Zaqreb “Dinamo”suna öz meydanında 0:1 hesabı ilə məğlub olduğu oyundan sonra deyib.

Polşa millisinin keçmiş üzvü cavab matçında start heyətində yer alan və 56 dəqiqə meydanda qalan Azərbaycan yığmasının hücumçusu Mahir Emrelini tənqid edib.

Vavjinyakın fikrincə, yay fasiləsində “Qarabağ”dan transfer edilən Emreli xorvatlarla oyunları aşağı səviyyədə keçirib: “Filip Mladenoviç bütün hava ötürmələrini qola çevirməyi bacaran tək oyunçudur. İkinci hissədə bir epizodda o, Mahir Emreliyə cinah ötürməsi verdi. Fikrimcə, azərbaycanlı futbolçuda nə qətiyyət, nə də istək var idi. Topa tullanmalı, qapını düzgün nişan almalı və topu qapıçı ilə birlikdə tora salmalı idi. Rafa Lopes və Mahir Emreli “Dinamo” ilə matçlarda daha çox şans qazanan hücumçular oldu. Ancaq fikrimcə, onlar Tomaş Pekhart və Ernest Mucidən zəif idilər. Lopes meydanda özünə yer axtarırdı və Emreli isə onunla necə anlaşacağını bilmirdi. Bu cür güclü rəqiblərə qarşı önə çıxacaq oyunçulara ehtiyac var və belə hücumçular komandanı pley-offa daşıyacaq gücdə olmalıdır”.

Qeyd edək ki, ikin oyunun nəticəsinə görə “Dinamo”ya (1:1, 0:1) məğlub olan “Legiya” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.