17:26 11-08-2021
news_image
220
FUTBOL

PSJ-dən gedir - Mbappe

Fransanın PSJ klubu problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz Lionel Messini transfer edən Paris klubu digər hücumçusu Killian Mbappeni itirə bilər.

Buna səbəb gənc ulduzla klub rəhbərliyi arasında münasibətlərin pisləşməsidir. Bu üzdən də forvard transfer pəncərəsinin sonuna qədər PSJ-dən getməyə qərar verib.

Məsələni tənzimləmək üçün Liqa1 təmsilçisinin prezidenti Nasser Al-Xelaifi də müdaxilə etməyi lazım bilib. O, Mbappe ilə şəxsən görüşüb yeni anlaşmanı müzakirə etmək niyyətindədir. Bu görüşün qarşıdakı həftələrdə baş tutması gözlənilir.