13:54 11-08-2021
news_image
111
FUTBOL

“Əməkdaşlıq qanunsuzdur” - federasiyadan sərt münasibət

İspaniya La Liqası və “CVC Capital Partners” investisiya fondu arasında mümkün əməkdaşlıq narazılıq dalğası yaratmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, İspaniya Kral Futbol Federasiyası bu işbirliyinə qarşı çıxıb.

Qurum məsələyə rəsmi saytı vasitəsilə münasibət bildirib. Federasiya bunu qanunsuzluq hesab edir.

Qeyd edək ki, “Real” rəhbərliyi də bu məsələ ilə bağlı La Liqa və fondu məhkəməyə verib.