14:36 11-08-2021
news_image
134
FUTBOL

Beynində şiş aşkarlandı - “Qalatasaray”ın sabiq prezidentinin

“Qalatasaray”ın sabiq prezidenti Mustafa Cengizin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, tibbi müayinədən keçən 72 yaşlı funksionerin səhhətinin ürəkaçan olmadığı açıqlanıb.

Dünən xəstəxanaya yerləşdirilən Cengizin beynində şiş aşkarlanıb. Onun gün ərzində beyin radioterapiyasına başlayacağı bildirilib.

Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin yanvarından bu ilin iyununa qədər “Qalatasaray”a rəhbərlik edib. O, bu ilin mayında xərçəng xəstəliyi ilə bağlı başından və mədəsindən əməliyyat olunub.