14:45 12-09-2021
news_image
132
FUTBOL

Millidə debüt etməmiş transfer olunan ən bahalı futbolçular - Braziliyada

Braziliya saysız-hesabsız futbolçu yetişdirməklə tanınan əsl futbol ölkəsidir.

Apasport.az saytının məlumatına görə, hətta bəzi braziliyalılar milli komandasının formasını geyinmədən də astronomik məbləğlərə transfer olurlar.

Bu yazıda da məhz Braziliya millisində debüt etməzdən əvvəl ən baha qiymətə klubunu dəyişən oyunçulara nəzər yetirəcəyik. Onlardan Rişarlison, Ederson, Vinisyus və Rodriqo yalnız keçiddən bir müddət sonra “sambaçılar”ın heyətinə çağırılıbsa, bəziləri hələ də dəvət gözləyir.

1. Aleks Teyşeyra – 50 milyon avro
2016-cı il. Donetsk “Şaxtyor”undan “Yianqsu”ya

2-3. Rodriqo – 45 milyon
2019-cu il. “Santos”dan “Real”a

Vinisyus Junior – 45 milyon
2018-ci il. “Santos”dan “Real”a

4. Joelinton – 44 milyon
2019-cu il. “Hoffenhaym”dan “Nyukasl”a

5. Malkom - 41 və 40 milyon
2018-ci il. “Bordo”dan “Barselona”ya
2019-cu il. “Barselona”dan “Zenit”ə

6. Ederson – 40 milyon
2017-ci il. “Benfika”dan “Mançester Siti”yə

7. Rişarlison – 39,2 milyon
2018-ci il. “Uotford”dan “Everton”a

8. Reynier – 30 milyon
2020-ci il. “Flamenqo”dan “Real”a