16:32 11-08-2021
news_image
314
TOKİO-2020

70 milyondan imtina etdi – Olimpiya çempionu

Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan 14 yaşlı çinli suyatullanan Suan Xunçanın ailəsi böyük məbləğdə mükafatdan imtina edib.

Apasport.az saytının məlumatına görə, 10 metrlik qüllədən tullanmaqda hamını üstələyən qız yarışdan sonra əsas məqsədini açıqlayıb.

O bildirib ki, 4 il əvvəl ağır qəzaya uğrayan anasına kömək etmək üçün pul qazanmaq istəyir. Bu açıqlamadan sonra idmançının ailəsinə əmlak və 30 milyon funt sterlinq (70 milyon 530 min manat) yardım təklif olunub.

Çjantsyan şəhərindəki xəstəxana Xunçanın anası və xəstə babasına bütün tibbi xidmətləri təklif edib, idmançıya ev, mükafat, xoşladığı yeməklərin məhdudiyyətsiz ehtiyatları təklif olunub.

Buna baxmayaraq, idmançının atası Venmao bütün təkliflərdən imtina edib: “Mən təkliflər üçün hamıya təşəkkür edirəm. Amma bir peni də göturməyəcəyəm”.

Qeyd edək ki, Suan Xunçan 466,20 xalla Olimpiya çempionu olub.