22:13 11-08-2021
news_image
165
FUTBOL

İspaniyaya qayıdır - “Milan”ın hücumçusu

İtaliyanın “Milan” klubunun futbolçusu Samu Kastilyexo karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçunun “Xetafe”yə keçməyə yaxındır.

26 yaşlı ispaniyalının keçidi ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Tərəflər onun transferi barədə ilkin razılıq əldə edib.

Qeyd edək ki, Kastilyexo ötən mövsüm “Milan”da 43 oyuna 3 qol vurub.