18:08 11-08-2021
news_image
1925
FUTBOL

Yeni transferlərin "Qarabağ"ın gücünə güc qatacaqlarına inanır - Tahir Gözəl

UEFA Konfrans Liqasında AEL-lə (Kipr) oynanılacaq cavab matçı ərəfəsində “Qarabağ”ın prezidenti Tahir Gözəl baş məşqçi Qurban Qurbanov və klubun idarəçiləri ilə görüşüb.

Apasport.az Ağdam təmsilçisinin saytına istinadən məlumat verir ki, oyun öncəsi son məşq ərəfəsində baş tutumuş görüşdə “Qarabağ”ın son avrokubok qarşılaşmaları ilə bağlı müzakirələr aparılıb.

Bundan başqa, Tahir Gözələ yeni transferlər haqda ətraflı məlumat verilib. O da öz növbəsində yeni gələn futbolçuların tezliklə komandaya uyğunlaşacağına ümid etdiyini və komandanın gücünə güc qatacaqlarına inandığını deyib. Gözəl “Qarabağ”ın uğurlarında pay sahibi olmuş Riçard Almeydanın qayıdışından məmnun olduğunu söyləyib və davam edən transfer çalışmaları ilə bağlı hesabatı dinləyib.

O, sabah AEL-ə qarşı cavab oyununda başda Qurban Qurbanov olmaqla komandaya uğurlar arzulayıb, həmçinin bildirib ki, belə görüşlərin bundan sonra çox olması və gələcək strategiya ilə bağlı mütəmadi müzakirələr aparılması çox vacibdir.