19:46 11-08-2021
news_image
153
FUTBOL

“Bakıya qələbə ilə qayıtmaq istəyirik” - Meza Kolli

“Əlbətə, bizi çətin oyun gözləyir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Sezar Meza Kolli deyib.

Paraqvaylı legioner Avropa Liqasının HİK-lə Finlandiyada keçiriləcək oyununa həsr olunan mətbuat konfransında iştirak edib. Sezar III təsnifat mərhələsinin cavab görüşü barədə fikirlərini də bölüşüb: “Çalışacağıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirək. Bakıya qələbə ilə qayıtmaq istəyirik. Komandaya gəldiyim gündən hər şeydən razıyam. Komandaya daha faydalı olmağa çalışacam”.

Qeyd edək ki, Bakıdakı ilk oyunda 2:2 hesablı heç-heçə edən rəqiblərin sabahkı matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.