20:01 11-08-2021
news_image
229
FUTBOL

“Biz hazırıq” – HİK-in futbolçusu

“Yaxşı əhval-ruhiyyədəyik. Bunu məşqin gedişində də görmək olar”.

Apasport.az saytının məlumatına görə, bunu Finlandiyanın HİK klubunun futbolçusu Lukas Linqman deyib.

Yarımmüdafiəçi Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” ilə Helsinkidə keçiriləcək cavab oyunu barəsində fikirlərini açıqlayıb: “Hamı oyunu gözləyir. Biz hazırıq. Qarşılaşmanın dəyərini çox gözəl başa düşürük. Gərginlik və yüklənmə bəllidir. Rəqibin üç çox təhlükəli təcrübəli futbolçusu var ki, onları zərərsizləşdirməliyik. Yoxsa onlar öz güclü tərəflərini göstərə bilər. Öz oyunumuzu oynayacağıq. Biz güclü, kompakt komandayıq. Yaxşı müdafiə olunuruq və müxtəlif yollar tapıb hücumlar qururuq. Bu, yaxşı oyun olacaq. Azarkeşlərin dəstəyini gözləyirəm. “Malmö” ilə görüşdə olan dəstəyin olacağına inanıram. Sabah onların köməyi ilə mərhələ keçmək istəyirik”.