20:06 11-08-2021
news_image
477
FUTBOL

Namik Ələskərovun "Bursaspor" variantından danışdı – Samir Abasov

“Namik zədəsinin müalicəsi üçün Türkiyəyə getdi. Gələndən sonra bizimlə məşq etməsi proqramda yox idi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, komandanın bombardiri Namik Ələskərovun Türkiyə “Bursaspor”una keçməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Abbasov bildirib ki, hər şey Bakıya qayıtdıqdan sonra dəqiqləşəcək: “O, fərdi məşqlər etməli idi. Bura gəlməməsi də zədəsi ilə bağlıdır. Onun transferi barədə klub tərəfindən Bakıya qayıtdıqdan sonra məlumat veriləcək. Namikə klubumuz tərəfindən yeni müqavilə təklif olunmuşdu. Onun anlaşmasındakı şərtlərdən istifadə edib belə vaxtda qərar vermək oyunçuya aid olan məsələdir. Ələskərovla müqavilədəki bəndlər, şərtlər məndən əvvəl bağlanıb. Namikə təklif gəlməsi də normaldır. Çempionatın bombardiri olub”.

Qeyd edək ki, “Neftçi” sabah Finlandiyanın HİK klubu ilə qarşılaşacaq.