09:09 12-08-2021
news_image
136
FUTBOL

De Byazidən imtina etdi - ukraynalılar

Ukrayna Futbol Assosiasiyası Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin yığmanı çalışdırmaq variantından imtina edib.

Apasport.az saytının məlumatına görə, bu barədə yerli jurnalist İqor Burbas xəbər yayıb.

Onun sözlərinə görə, Andrey Şevçenkonun ayrılmasından sonra baş məşqçi axtarışına çıxan assosiasiyaya italiyalı mütəxəssislə yanaşı, Yurgen Klinsmannın xidməti təklif olunub. Lakin qurum hər iki məşqçinin nümayəndələri ilə danışıq prosesinə başlamadan rədd cavabı verib. Ukrayna yığmasını yerli mütəxəssislərdən birinin çalışdırması gözlənilir. Ən real namizəd isə Sergey Rebrov göstərilir.

Qeyd edək ki, Canni de Byazi ötən ildən Azərbaycan millisinə rəhbərlik edir.