09:44 12-08-2021
news_image
88
FUTBOL

Rossini arxada qoydu – ispan hücumçu

Jerar Moreno İspaniya “Vilyarreal”ının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, ispan hücumçu klub tarixinin ən yaxşı bombaridiri olub.

Moreno qol sayını 83-ə çatdırıb. 29 yaşlı forvard 2007-13-cü illərdə klubda 82 qola imza atan Cüzeppe Rossinin rekordunu qırıb.

Superkubokun “Çelsi” ilə matçında (1:1, pen.5:6) fərqlənən Moreno qollardan 23-nə 2021-ci ildə imza atıb. O, “Böyük beşlik” liqalarının oyunçuları arasında ilin ən yaxşı 5 bombaridirindən biridir. Lionel Messi, Robert Levandovski və Killian Mbappe hərəyə 28, Erlinq Haland 27 dəfə fərqlənib.