09:49 12-08-2021
news_image
269
FUTBOL

"Neftçi"nin yarımmüdafiəsindən qorxur - Toni Koskela

“Düşünürəm ki, səfərdə yaxşı oyun keçirdik və çətinliklərə baxmayaraq, matçı idarə etdik”.

Apasport.az saytının məlumatına görə, bunu HİK-in baş məşqçisi Toni Koskela Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab matçı öncəsi deyib.

Çalışdırıcı Helsinkidəki görüşdə diqqət etməli olduqları məqamlara toxunub: “İndi Finlandiyada çıxış edəcəyimiz üçün mütləq ev sahibi kimi görünmək istəyirik. Daha böyük intensivliklə hərəkət etməyə çalışacağıq. Bakıda rəqib nadir hallarda qapımıza yaxınlaşırdı. Buna görə də yalnız uzaqdan zərbələrə üstünlük verirdilər. Cavab matçında bunları nəzərə almaq və hücum futbolu sərgiləmək lazımdır”.

Koskela “Neftçi”nin güclü tərəfinin orta sahə olduğunu da sözlərinə əlavə edib: “Onların yüksək keyfiyyətə malik və təkbətək epizodlarda təhlükəli olan yarımmüdafiə xətti var. Bəzi dəyişikliklər edə bilərlər. Ancaq çətin ki, heyətdə əhəmiyyətli dərəcədə dəyişiklik olsun. Xüsusən də, Mamadu Kanenin adını vurğulaya bilərəm. İndi ən vacibi yaxşı oyuun keçirməkdir. Hələ qrup mərhələsi barədə düşünmürük”.

Qeyd edək ki, HİK – “Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada 2:2 hesabı qeydə alınıb.