09:58 12-08-2021
news_image
108
FUTBOL

“Bu matç klubumuz üçün çox vacibdir” – HİK-in kapitanı

“Bir həftədir komanda ilə məşq keçirəm və özümü çox yaxşı hiss edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu HİK-in kapitanı Tim Sparv Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunöncəsi açıqlamasında deyib.

Diz əməliyyatından sonra sıraya dönən 34 yaşlı dayaq yarımmüdafiəçisi özünü yavaş-yavaş hazır hiss etdiyini bildirib. O, “Neftçi” ilə cavab matçı üçün azarkeşlərə müraciət edib: “Əlbəttə ki, daha çox məşqə və oyun praktikasına ehtiyacım var. Bu matç klubumuz üçün çox vacibdir. Azarkeşlərin tribunalara toplaşıb komandanı dəstəkləməsini gözləyirik. Bu, bizim üçün önəmli məqamdır”.

Qeyd edək ki, Helsinkidə keçiriləcək HİK – “Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada 2:2 hesabı qeydə alınıb.