10:15 12-08-2021
news_image
139
FUTBOL

Gözlənilməz təklif - Messiyə

Fransanın PSJ klubuna keçən Lionel Messi gözlənilməz təklif alıb.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisinin digər yeni ulduzu Serxio Ramos argentinalını öz evində saxlamaq istəyib.

Müdafiəçi Messi və ailəsini evinə dəvət edib: “Əgər ailənlı oteldə deyil, evdə yaşamaq istəyirsizsə, gəlin bir yerdə qalaq”.

Uzun illər əks-cəbhələrdə - “Real” və “Barselona”da amansız rəqib olan futbolçuların belə tezliklə yaxınlaşması diqqət çəkir. Ramos 2005-21-ci, Messi 2003-21-ci illərdə öz klubunun rəmzlərindən olub və hər ikisi də bu yay azad agent kimi PSJ-yə keçib.