11:00 12-08-2021
news_image
134
FUTBOL

Hər klubumuzun 3 qol buraxdığı uğursuz gün - avrokuboklarda

Bu gün Azərbaycanın iki klubu avrokubok matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, avqustun 12-si avrokuboklar tariximizdə uğurlu gün sayılmır.

“Neftçi”nın Avropa Liqasında Finlandiya HİK, “Qarabağ”ın Konfrans Liqasında Kipr AEL-i ilə oyunlarınadək iki dəfə təmsilçilərimiz bu tarixdə meydana çıxıb. Komandalarımız hər iki matçda uduzub. Hər iki halda da rəqib 3 qol vurub.

Bu qarşılaşmalar 1999-cu ildə baş tutub. “Neftçi” evdə “Srvena Zvezda”ya (Yuqoslaviya) 2:3, “Şəmkir” “Krivbass”a (Ukrayna) 0:3 hesabı ilə uduzub.