11:05 12-08-2021
news_image
121
TOKİO-2020

Tokio-2020: Son nümayəndə heyəti Bakıya qayıdıb - FOTOSESSİYA

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən son nümayəndə heyəti Vətənə qayıdıb.

Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsi, gənclər və idman nazirliyinin rəsmiləri və idmançılar Bakıya dönüblər.

Bununla da Tokioya yollanan heyətimizin hamısı ölkəmizə qayıdıb.

Qeyd edək ki, Azərbaycan millisi Olimpiadada 3 gümüş, 4 bürünc medal qazanıb. Komandamızın heyətində karateçilər İrina Zaretska (+61 kq) ilə Rafael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) bürünc mükafata yiyələnib.