11:37 12-08-2021
news_image
104
FUTBOL

Yeni transferlər istəmədi - Yurgen Klopp

“Əgər heyətdə dəyişikliklər edilməlidirsə, bunun üçün yer də olmalıdır”. 

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp deyib.

54 yaşlı alman mütəxəssis bildirib ki, Premyer Liqa təmsilçisi əlavə oyunçular almaq fikrindən uzaqdır: “Bizə çox oyunçu lazım deyil. Hazırda heyəti genişləndirməyin mənası yoxdur. Amma nə isə baş versə, hər şey mümkündür”.

Qeyd edək ki, bir müddət əvvəl Kloppun komandada görmək istədiyi Florian Noyhausun keçidinin baş tutmamasının maliyyə çatışmazlığı ilə bağlı olduğu iddia edilirdi.