17:39 12-08-2021
news_image
101
FUTBOL

Niderlandlı futbolçu üçün təklif göndərdi – “İnter”

PSV-nin müdafiəçisi Denzel Dumfris karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “İnter” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Əşrəf Hakimini PSJ-yə satan “neradzurra” müdafiənin sağ cinahındakı problemi Niderland millisinin üzvü ilə həll etmək niyyətindədir. Milanlılar qarşı tərəfə ilk rəsmi təklifini də göndərib. Ancaq 12 milyon avro ilə razılaşmayan Eyndhoven təmsilçisi daha yüksək təklif gözləyir. Dumfris həmçinin “Everton”un da gündəmindədir.

Qeyd edək ki, müdafiəçi ötən mövsüm Niderland çempionatında 30 oyun keçirib, 2 qol vurub.