13:24 12-08-2021
news_image
146
FUTBOL

“Qarabağ” favorit, “Neftçi” şanssızdır – bukmekerlər açıqladı

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçiləri “Neftçi” və “Qarabağ”ın III təsnifat mərhələsində keçirəcəyi cavab matçlarının da favoritlərini müəyyənləşdirib.

“Neftçi” Avropa Liqasında Finlandiyada HİK-lə üz-üzə gələcək. Matçda daha şanslı olan meydan sahiblərinin qələbəsi 1,76, bakılıların uğuru 4,48 əmsaldır. Heç-heçəyə pul qoyuluşu 3,78 ilə qəbul olunur.

Konfrans Liqasının görüşündə AEL-i (Kipr) qəbul edəcək “Qarabağ” isə matçın favoritdir. Bakıda baş tutacaq matçda Ağdam klubunun qələbəsi 1,69, AEL-in uğuru 5,30 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,52 əmsal verilib.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.