17:48 12-08-2021
news_image
111
FUTBOL

İstədiyi mərkəz müdafiəçisi – “Real”ın

İspaniyanın “Real” klubunun transfer etmək istədiyi mərkəz müdafiəçisinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Antonio Rudigeri heyətinə qatmaq istəyir.

Serxio Ramos və Rafael Varanın getməsindən sonra mərkəz müdafiəçisi axtaran “Real” İngiltərə “Çelsi”sinin üzvünə elçi düşüb. Almaniyalının London klubu ilə müqaviləsi gələn yay başa çatacaq. Onun anlaşması uzadılmasa, “Real” danışıqlara yanvarda start verəcək. Lakin müdafiədə boşluqları yaranan ispaniyalıların transferi bu yay gerçəkləşdirməyə cəhd etməsi də istisna deyil.