00:00 13-08-2021
news_image
871
TOKİO-2020

1 milyon dollar – Olimpiya çempionuna

Sərbəst güləş üzrə ikiqat Olimpiya çempionu Abdulraşid Sadullayevin Tokio-2020-dəki qələbəyə görə aldığı mükafatın məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu rusiyalı əfsanənin özü açıqlayıb.

Yay Olimpiya Oyunlarında keçirdiyi ilk görüşdə Azərbaycan güləşçisi Şərif Şərifova qalib gələrək sonda çempion olan Sadullayev 1 milyon dollar aldığını bildirib: “Çarodin rayonundan olan həmyerlim, Dövlət Dumasının deputatı Maqomed Qadjiyevə təşəkkür edirəm. O, Tokio Olimpiadasındakı qələbəmə görə məni 1 milyon dollarla mükafatlandırıb. Məşqçim Şamil Omarov da diqqətdən kənar qalmayıb. Biz də, məşqçimlə birlikdə öz növbəmizdə yüksək səviyyəmizi saxlamağa və azarkeşlərimizi yeni qələbələrlə sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Sadullayev Rio-2016-da 86 kq, Tokio-2020-də 97 kq çəkidə qızıl medal qazanıb.