00:24 13-08-2021
news_image
197
FUTBOL

Ulduz planı – PSJ-nin

Fransanın PSJ klubunun prezidenti Nasser Al-Xelaifinin ulduz futbolçuların transferləri ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, qətərli biznesmen 2022-ci ilin yayında yeni transfer bombaları gerçəkləşdirmək niyyətindədir.

Paris təmsilçisi ulduz hücumçusu Killian Mbappenin gedişi ilə barışıb. Gələn yay müqaviləsi başa çatacaq 22 yaşlı oyunçu ilə yeni anlaşma imzalanmasa da, o, başqa komandaya satılmayacaq.

Killian gələn yay azad agent kimi “Real”a yollanacaq. PSJ isə eyni status alacaq digər ulduzla güclənəcək.

Al-Xelaifi İtaliya “Yuventus”u ilə müqaviləsi gələn yay başa çatacaq Kriştiano Ronaldonu pulsuz ələ keçirməyi planlaşdırır. Portuqaliyalı ulduz Lionel Messi və Neymarla fantastik “üçlük” təşkil edəcək.

Qeyd edək ki, parislilər bu yay Lionel Messi, Serxio Ramos, Canluici Donnarumma, Jorjinyo Veynaldumu azad agent kimi heyətinə qatıb, Əşrəf Hakimini 60 milyon avroya transfer edib.