14:38 12-08-2021
news_image
215
DİGƏR NÖVLƏR

78 yaşında vəfat etdi – hokkeyin əfsanəsi

Milli Hokkey Liqasının (MHL) əfsanəsi Toni Espozito ölüb.

Apasport.az saytının məlumatına görə, Hokkeyin Şöhrəti Zalının üzvü olan sabiq qapıçı 78 yaşında vəfat edib.

O, xərçəng xəstəliyi ilə qısamüddətli mübarizədən sonra dünyasını dəyişib. 1968-84-cü illərdə MHL-də çıxış edən qolkiper digər əfsanə Fil Espozitonun kiçik qardaşıdır.

O, “Monreal Kanadiens” və “Çikaqo Blek Houks” klublarının şərəfini qoruyub. Toni MHL tarixində qapıçılar arasında oyun sayında (880) 9-cu, qələbə sayında (423) 10-cu, quru oyunların sayında (76) da 10-cudur.

Qeyd edək ki, həm Kanada, həm ABŞ millisində oynamış qapıçı 1988-ci ildə Hokkeyin Şöhrəti Zalına daxil edilib, “Çikaqo Blek Xouks” onun 35 nömrəli formasını əbədiləşdirib.